Sağlamlığınızın qayğısına qalan 5 texnoloji cihaz

İcmallar

Zəhərli qazlar və tullantılar şəhərdə sağlam həyat sürməyi bir xeyli çətinləşdirir. Amma nə yaxşı ki, texnoloji cihazlar bizə bu mövzuda da kömək edə bilir. Gəlin birlikdə texnologiyanın köməyilə bizi daha sağlam həyata aparan 5 cihazla tanış olaq.

1. Deerma DEM-F329 məhsula keçid

Rütubətin az olduğu otaqlarda hava nəmləndirici sizə sağlamlıq gətirəcək. Hava nəmləndirici quru otaqlarda havanın keyfiyyətini ciddi şəkildə artırır. Bu cihazdan istifadə tənəffüs yollarınıza müsbət təsir göstərir və beyinin qidalanmasını yaxşılaşdırır. Xüsusilə aktiv idmanla məşğul olan insanlar üçün Deerma-nın Dem-F329 modeli əla seçim olacaq.

Deerma F320 modeli saatda 300 ml qram su buxarlaşdırır. Bu model havanı nəmləndirməklə bərabər həm də havaya xoş ətirlər vura bilir.

2. Huawei Watch Fit Elegant Edition məhsula keçid

Ağıllı saatlar saysız bacarıqları ilə sağlamlığınızın qeydinə qala bilir. Bu sahədə ən yaxşı seçimlərdən biri Huawei-nin inсə və eleqant dizayna sahib Watch Fit Elegant Edition modelidir. Xaricində paslanmaz dəmir korpus, parlaq və rəngli amoled ekran, üstəgəl toza və suya davamlılığı, daxilində isə yuxu izləmə, ürək ritmi monitorinqi, addım sayı kimi sağlamlıq funksiyalarını birləşdirən bu smart saat sağlam həyata gedən yolda sizə bir xeyli kömək olacaq.

3. Galaxy Buds Live məhsula keçid

İdman və meditasiya zamanı musiqi xüsusi önəm daşıyır. Araşdırmalar göstərir ki, stimullaşdıran musiqi sədaları altında müxtəlif idman fəaliyyətləri daha effektiv olur. Sağlam həyata gedən yolda özünüzə etibarlı qulaqlıq axtarırsınızsa, Samsungun Galaxy Buds Live seriyası sizə əlavə stimul verəcək.

4. Multibişirici TEFAL Efficient 43in1 məhsula keçid

Mətbəxdə yeməkləri qaynatmaq, qızartmaq, sobada bişirmək, və s. kimi fərqli yollarla hazırlamaq üçün, bir bu qədər də fərqli mətbəx ləvazimatları lazım olur. Multibişirici isə həm sizi bu əziyyətdən xilas edir, həm də qənaət etməyinizə imkan yaradır. Tefalın Efficient 43-ü 1-də multibişirici modeli sağlam həyat tərzi sürmək istəyənlər üçün ideal seçimdir. Multibişirici müxtəlif növ təamları mümkün ən sürətli formada hazırlayır. Multibişirici hazır resept və proqramlarla işləyir. Siz inqredientləri daxil edib bişirilməsini istədiyiniz resepti seçirsiniz, ardını isə Multibişirici özü edir.

5. Blender TEFAL Eco Respect  məhsula keçid

 

Səhər tezdən enerjili olmaq üçün bol vitaminli smuzi, idmandan sonra protein dolu qarışım və ya kokteyl hazırlamaq üçün blender ideal köməkçidir.

Sağlam həyatın əsası sağlam qidalarla qoyulur. İdmanı həyatının bir hissəsinə çevirənlər və dinamik həyat tərzi sürənlər üçün Tefalın Eco Respect blenderi ən ideal seçimdir.

 

Oxşar xəbərlər