A+, A++ və ya A+++ arasındaki fərqlər nələrdir?

İcmallar

Yeni paltaryuyan maşın, soyuducu və ya dondurucu almaq istəyərkən, onların üzərində müxtəlif enerji reytinqlərini görə bilərsiniz. A+, A++ və ya A+++ arasındaki fərqlər nələrdir?

Enerji xərcləri ev büdcəsinə böyük ziyan vurur və bir çox ailələr üçün narahatlıq mənbəyidir, ona görə də bu xərcləri azaltmaq üçün enerjiyə maksimum qənaət edən elektronik cihazlar almaq vacibdir.

Cihazların üzərində gördüyümüz enerji dərəcələri etiketi, cihazın nə qədər enerji sərf etməsi nisbətində onun qənaət bacarığını göstərir. Avropa satış qaydalarına görə hər bir elektrikli cihazın üzərində enerji etiketi olmalıdır və pərakəndə satışçılar bu məlumatı qanunla təmin etməlidirlər.

Avropa İttifaqı enerji istehlakının etiketlənməsi sxemində cihazların enerji səmərəliliyi A-dan G-yə qədər qiymətləndirilir və etiketlənir. A enerjiyə ən çox qənaət edən, G isə bu mövzuda ən aşağı dərəcəli cihazlarda göstərilir. A dərəcəsi daha üç kateqoriyaya bölünür: A+, A++ və A+++. Burada “+” simvolunun say çoxluğu, müvafiq olaraq qənaətçilliyin artmasını göstərir

Enerji etiketində tünd yaşıl kateqoriyada olan məhsullar enerjiyə qənaət edən məhsullardır. Onlar daha az enerji sərf edir və həm enerji xərclərinizi, həm də CO2 emissiyalarını azaltmağa kömək edir. Ən az qənaətcillərsə etiketi qırmızı olan cihazlardır.

Oxşar xəbərlər