Seçiminizi asanlaşdırın: Ən yaxşı 5 portativ dinamik

İcmallar

Smartfonların stereo səs sistemləri bizə sevdiyimiz musiqiləri zövqlə dinləməyə imkan verir. Amma bu cihazların ölçülərinə görə onlardan həmişə istədiyimiz effekti ala bilmirik. Belə olan halda isə ağıla portativ dinamiklər gəlir.

Bu səbəbdən də bloqumuzun yeni mövzusu sizin üçün seçdiyimiz ən yaxşı 5 portativ dinamikdir.

HUAWEI Mini Speaker  məhsula keçid

Huawei Mini speaker kibrit qutusundan birazca hündürdür. Elə bu səbəbdən də belə kiçik bir cihazdan bu qədər güclü səs təəccüb doğurur.

Mini Speaker 660 mAh batareyası ilə 4 saat musiqi dinləmə imkanı verir. Onun tam şarj olma müddəti isə saat yarımdır. Əlavə olaraq İPX4 su və toza davamlılıq sertifikatı ilə də sizə müxtəlif şəraitlərdə rahat istifadə imkanı verir.

TTEC Dynamite Duo  məhsula keçid

TTEC-in Dynamite Duo modeli 360 dərəcə səs yayma texnologiyasına sahibdir. Bu da o deməkdirki bu səsgücləndiri otağın hər tərəfinə bərabər şəkildə səs yaya bilir. İki tərəfli səs çıxışı olan cihazın dərin bas və aydın səs keyfiyyəti var. 

Dynamite Duo tək şarjla 12 saata qədər çalışa bilir. İP65 sertifikatı ilə suya və toza davamlılıq təklif edən cihaz həm də blueotooh 5.0-la təchiz edilib. 

JBL Flip 5   məhsula keçid

 

JBL-in ən çox satılan portativ dinamiklərindən Flip 5 öz bərk və dözümlü korpusu ilə aktiv həyat tərzi keçirənlər üçün ideal seçim olacaq. 

Metal gövdəsi və rezin altlıqlarından əlavə onun suya və toza davamılıqda bir pillə üstün sertifikata sahib olması bu cihazı öz seqmentində fərqləndirir.

JBL Flip 5-in səs keyfiyyəti portativ dinamikdən xüsusilə çöldə istifadə etməyi sevənləri çox razı salacaq.

12 saata yaxın işləyə bilən cihazın şarj müddəti 2.5 saatdır. JBL cihazlara məxsus partyboost funksiyası isə birdən artıq JBL dinamikini eyni anda, sinxron istifadə etməyi mümkün edir.

LG XBOOM GO PL7  məhsula keçid

LG-nin Xboom Go PL7 modeli 3900 mAh ölçülü batareya ilə təchiz edilib. Bu da o deməkdir ki, cihaz dayanmadan düz 24 saat işləyə bilər. Onun tam şarj olunması üçün tələb edilən vaxtsa 4 saatdır. 

Xboom Go PL7-nin hər iki tərəfində səs ucaldıcıların yerləşdirildiyi bölmələrdə işıqlar yerləşdirlib. Bu işıqlar mahnının ritminə uyğun effektlər verə bilir. Siz cihazın mobil tətbiqini endirib, həmin tətbiq üzərindən rəngləri və ritm effetklərini dəyişə bilərsiniz.

Səs keyfiyyətinə gəldikdə isə burada da ənənəvi LG keyfiyyətini görmək mümkdündür. Dərin basslar, maksimum səs səviyyəsində keyfiyyətin pozulmaması kimi detallar cihazdan istifadə təcrübəsini yüksək səviyyəyə daşıyır.

JBL Pulse 4  məhsula keçid

JBL-in Pulse 4 portativ dinamiki çox maraqlı görüntü və bir o qədər də keyfiyyətli səs sisteminə sahibdir. 

Cihazın korpusu böyük ölçüdə işıqla örtülüb. Həmin bu hissə həm mahnının ritminə uyğun effektlər verə bilir, həm də lava lampasına bənzər görüntüsü ilə dinamikdən maraqlı dekor kimi istifadəyə imkan yaradır. 

Siz istədiyiniz rəng və effektləri JBL-in mobil tətbiqi üzərindən də seçə bilərsiniz. Əgər tam istədiyiniz rəngi tapmasanız, tətbiqin köməyilə həmin rəngi smartfonunuzun kamerasından göstərib onu birbaşa dinamikin üzərində görə bilərsiniz.

Pulse 4-ün də digər JBL dinamiklərlə sinxron işləyə bilməsi üçün “Party boost” funksiyası var. 

JBL Pulse 4 su keçirməzdir. Yəni istəsəniz onu hovuza atıb elə ordaca musiqi dinləyə bilərsiniz. JBL deyirki su cihaza heç bir halda ziyan verən deyil amma su ilə elektrikin “gərgin” münasibətlərini nəzərə alsaq mümkün bir problemin sizin həyatınızı riskə ata bilməsi ehtimalını da nəzərə alın.

Portativ dinamikin səs keyfiyyətinə gəldikdə isə burada ancaq müsbət şeylərdən danışmaq olar. Maksimum səs səviyyəsində yüksək keyfiyyət, dolğun bass effektləri ilə birgə JBL Pulse 4 səsi kifayət qədər ətrafa yaya bilir.

Siyahımızdaki 5 portativ dinamik və digər məhsulları əldə etmək üçün bakuelectronics.az saytına və ya filiallarımıza müraciət edin.

Oxşar xəbərlər