Hər işi görən 3 noutbuk! (GeForce RTX)

İcmallar

Thumbnail - Niyə məhz Nvidia?

Aparıcı 2.

Qrafik dizayner, videoqraf, proqramçı, data analitik və ya gamer. Fərq etməz. Əgər siz bu işlərdən hər hansı biri ilə məşğul olursunuzsa sizə güclü ekran kartına sahib bir sistem lazımdır. Elə bu səbəbdən bu gün sizə Nvidia-nın GeForce RTX seriya ekran kartlarına sahib 3 ən yaxşı noutbukdan danışırıq.

       1. ASUS TUF Gaming F15 (RTX 3050ti)

Siyahımızdaki birinci modelimiz ASUS-un TUF Gaming F15 noutbukudur. Bu cihaz 11-ci nəsil i5 prosessor, 8GB Ram, 512GB SSD və ən əsası isə Nvidia-nın GeForce RTX 3050ti ekran kartı ilə təchiz edilib. Bu kart sizə CS-GO, PubG və s. Multiplayer oyunları maksimal performansla oynamağa imkan verəcək. Bundan əlavə əgər siz data analitika, proqramlaşdırma və bu kimi sahələrə maraqlısınızsa RTX 3050ti sizin istəklərinizi laiqincə yerinə yetirəcək.

        2. Lenovo Legion 5 (RTX 3060)

Əgər siz dizayn sahəsinə maraqlısınızsa o zaman sizin seçiminiz Lenovo Legion 5-dən yana olmalıdır. Legion 5-in incə dizaynı, 16GB Ramı və ya 512GB-lıq SSD yaddaşı bir qırağa. Ən əsası bu noutbuk Nvidia-nın RTX 3060 ekran kartı ilə gəlir. Xüsusilə Photoshop, 3D Max, Cinema 4D və İllustrator kimi “ağrılı” proqramları istifadəçilər üçün rahatlaşdırmağı ilə tanınır.

Ray Tracing-in köməyilə Nvidia-nın RTX seriyası işıqlandırma texnologiyasında yeni cığır açır. Bu bacarıq hesabına dizaynerlər obyektlərdəki işıqlandırmanı daha rahat və reallığa maksimum oxşar formada hazırlaya bilirlər. Bu da öz növbəsində dizaynerlər üçün çox ciddi üstünlük deməkdir.

        3. ASUS ROG Strix SCAR

Əgər siz yaxşı yox ən yaxşısını istəyirsinizsə RTX 3070ti məhz sizin seçiminizdir. Bir çox nəşr tərəfindən ilin ən güclü gaming noutbuku hesab edilən Asus ROG Strix-in üzərində, başqa bir ekran kartı gözləmək olmazdı. 

12-ci nəsil İntel i9 prosessoru, 32GB Ram,1TB SSD, WQHD ekran və GeForce RTX 3070ti. Nvidia-nın bu modeli sizə həm dizayn, həm data analitika, həm proqramlaşdırma, həm də gaming sahəsində maksimal nəticə verəcək.

Şirkətin DLSS texnologiyasının köməyilə arxa planda manipulyasiyalar hesabına eyni güclə daha çox FPS və performans alma bacarığı, 3D obyektlərin keyfiyyətini artıran Multi-View Rendering kimi texnologiyalar hesabına Nvidianın RTX seriyası güc-lə ağıllı mühəndisliyi birləşməsindən meydana çıxır. Bu da öz növbəsində istifadəçi təcrübəsini yeni mərhələyə daşıyır.

Adı çəkilən modellər və digər məhsulları əldə etmək üçün bakuelectronics.az saytına və ya filiallarımıza müraciət edə bilərsiniz!

Oxşar xəbərlər