Haqqımızda

Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan Baku Electronics şirkəti 1994-cü ildən etibarən fəaliyyət göstərir.

Yarandığı zaman bir mağaza ilə fəaliyyətə başlayan Baku Electronics-in hal-hazırda Bakı, Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə və Mingəçevirdə 13 satış nöqtəsi mövcuddur.


1995-ci ildə “Samsung Electronics” in rəsmi distribyutorluq hüququna nail oldu.

2000-ci ildə “Siemens” məişət texnikası və ev əşyalarının rəsmi distribyutorluq hüququna nail oldu.

2001-ci ildə “Groupe SEB” şirkətlər qrupuna daxil olan “Tefal”, “Moulinex”, “Rowenta”, “Krups” kiçik ev əşyalarının rəsmi distribyutorluq hüququna nail oldu.

2003-cü ildə “Samsung Mobile” in rəsmi distribyutorluq hüququna nail oldu.

2004-cü ildə “Lineadecor” mətbəx mebeli satışının təmsilçisi hüququna nail oldu.

2006 - cı ildə “Samsung İS” in rəsmi nümayəndəliyini almaqla bərabər, “Samsung Electronics” in bütün sahələrinin rəsmi distribyutorluq hüququna nail oldu.

2007 - ci ildə “Groupe SEB” şirkətlər qrupuna daxil olan İtaliya istehsalı “Lagostina” tava və qazan dəstlərinin rəsmi distribyutorluq hüququna nail oldu.

2009-cu ildə “Pyrex”,“Siemens Gigaset”, “Hama”,“Valera”, “Microplane”, “Moneta”, “Whirpool”, “Magic”, “Termikel”, “Ema”, “Thomas”, ”Agfa”, ”Sonorous”, ”Ultimate”,”Beem” markaları ilə distibütorluq müqaviləsi bağlandı.

2010-cu ildə isə “Zwilling”, “Staub”, “BSF” ,”Alfi”, “Canon”, “Bosch”, “Olympus”, “Glen Dimplex” markaları da “Baku Electronics” mağazalarında təmsil olunmağa başladı.

BRENDLƏR