Maliyyə
Xəbərlər
- Canon`dan qiymət fürsətləri
- Gigasetdən endirim kampaniyası
- Tefal-dan 10% dəyərində hədiyyə
Tələb olunan sənədlər
MALLARIN KREDİTƏ ALINMASI ŞƏRTLƏRİ
Sənədlər:
A) İş yerindən arayış
B) Şəxsiyyəti təsdiq edən sənəd(Bakı qeydiyyatı olmalıdır, əgər deyilsə müvəqqəti yaşayış yerindən arayış tələb olunur)
Daimi müştərilər:
Müştəri kredit almaq üçün mütləq şəxsiyyət vəsiqəsi və kredit kartı ilə müraciət etməlidir
Kreditin rəsmiləşdirilməsi:
A) Kreditin minimal məbləği 100 azn., maksimal məbləği isə 5000 azn. təşkil edir
B) Kreditin minimal müddəti 3 ay, maksimal müddəti isə 18 ay müəyyən edilir
C) Mal kreditə götürülərkən, kreditə qalan məbləğin dəyərinə 1 % komissiyon haqqı əlavə olunur
D) Kredit üçün müraciət edənin yaşı: minimum-20, kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maksimum 70 yaş olmalıdır
Sənədlərin tərkibi
İş yerindən arayış:
A) Arayış müvafiq formada (qeydiyyat ştampı olmaqla) tərtib edilməlidir
B) Arayışın üzərində verilmə tarixinin və qeydiyyat nömrəsinin olması zəruridir
C) Arayışın verilmə müddəti firmaya təqdim olunma tarixindən 30 gündən artıq müddətə ola bilməz
D) Arayışda mütləq müraciət edənin tutduğu vəzifə, əmək stajı və ştat cədvəlinə əsasən aldığı əmək haqqı göstərilməlidir
E) Arayış verilən şəxsin arayışı imzalayan şəxslə eyni olması yol verilmir
F) Əlyazma ilə tərtib edilmiş arayışlar qəbul edilmir
Şəxsiyyət vəsiqəsi:
Kreditin tərtib edilməsi və alınması üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim olunmalıdır