Maliyyə
Kredit
Azərbaycanda 1994 – cü ildən fəaliyyətə başlamış Baku Electronics MMC 1998-ci ildən başlayaraq Respublikada ilk dəfə istehlak kreditlərinin ayrılmasına başlamışdır. Bu kreditlərin ayrılması böyük risk tələb etsə də yeniliklərə üstünlük verən Şirkət Azərbaycanda yeni bir fəaliyyət sahəsinin əsasını qoymuşdur.Kredit ayrılmasında uzun illərin təcrübəsinə malik olan Şirkət hazırda Azərbaycan bazarında özünəməxsus yer tutmuşdur. Bu həm Şirkət tərəfindən verilən kreditlər üçün nəzərdə tutulmuş komission faiz dərəcələrinin minimum olması, həm də daim təkrarolunmaz kredit kampaniyalarının keçirilməsi ilə əlaqədardır. Belə ki, Şirkət müəyyən dövrlər ərzində kredit şərtlərində dəyişikliklər edərək kredit alınmasını daha da sadələşdirmişdir.Artıq 2006-cı ilin ikinci yarısından etibarən “zaminsiz“ kredit ayrılmasına başlayan Şirkət ilk dəfə olaraq kredit alınmasını bu dərəcədə asanlaşdırmış və gələcəkdə də daha mükəmməl yeniliklərin həyata keçirilməsində maraqlıdır.